×
A
A
A
Sazlamalar

Azərbaycan - Moldova matçında hesab açılmayıb

Bakı, 27 sentyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, millimiz "Dalğa Arena"da moldovalı həmyaşıdları ilə qarşılaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.
Qeyd edək ki, millimiz əvvəlki yoxlama matçında "Şamaxı"ya 2:3 hesabı ilə uduzub.

İdman 2022-09-27 21:31:00