×
A
A
A
Sazlamalar

Paytaxtda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, B.Məmmədov ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq əməlini etiraf edib. Araşdırmalar davam etdirilir.
Nazirlik vətəndaşlara tövsiyə edir ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.

Hadisə 2022-09-27 21:01:00