×
A
A
A
Sazlamalar

Kral III Çarlzın simvolu ictimaiyyətə açıqlanıb

London, 27 sentyabr, AZƏRTAC

Kral III Çarlzın kral simvolu ictimaiyyətə açıqlanıb.
AZƏRTAC xəbər verir ki, dövlət binalarında, dövlət sənədlərində və poçt qutularında istifadə olunacaq simvol bir çox dizaynlar arasından Kral III Çarlz tərəfindən şəxsən seçilib.
Simvol onun adının ilk hərfi olan C və Latın dilində kral mənasını verən Rex sözünün ilk hərfini, həmçinin 3 rəqəmini ehtiva edir. Yeni monarxın simvolu Kraliça II Elizabetin “E II R” simvolunu əvəz edəcək. Simvol bu gün Bukingem sarayının poçt otağında ilk dəfə istifadə olunacaq və kral iqamətgahlarından göndərilən məktublarda görünəcək.
Şotlandiya tacını təmsil edən simvolun ayrıca versiyası da olacaq.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2022-09-27 19:29:00