×
A
A
A
Sazlamalar

Pakistanda daşqın zonalarında yaranan xəstəliklər 10 uşağın həyatına son qoyub

Bakı, 27 sentyabr, AZƏRTAC

Pakistanın Sind əyalətində daşqınlar səbəbindən yaranan difteriya xəstəliyi nəticəsində 10 uşaq həyatını itirib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bu xəstəlik səbəbindən daha çox ölüm ehtimalı olduğuna görə epidemiyanın araşdırılması və uşaqların peyvənd edilməsi vacibdir.
Qeyd edək ki, iyunun 14-dən etibarən Pakistanda yağan musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 1638 nəfər ölüb, 12 mindən çox insan yaralanıb.

Dünya 2022-09-27 18:53:00