×
A
A
A
Sazlamalar

“Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə müqaviləni yeniləyib

Bakı, 27 sentyabr, AZƏRTAC

Formula 1 komandası “Alfa Romeo” çinli pilotu Çjou Quanyuy ilə bağlı qərar verib.
AZƏRTAC yarışın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı sürücü ilə müqavilənin müddəti artırılıb. Çjou ilə yeni sözləşmə 2023-cü ilin sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Ç.Quanyuy 2022-ci ildən “Alfa Romeo” komandasında çıxış edir.

İdman 2022-09-27 18:39:00