×
A
A
A
Sazlamalar

“Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası” kursunun açılış mərasimi olub

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də NATO-nun ölkəmizdə təşkil olunan “Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Anım Günü ilə əlaqədar torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, ölkəmizdə təşkil olunan bu kurs sentyabrın 30-na kimi davam edəcək.

Ordu 2022-09-27 18:18:00