×
A
A
A
Sazlamalar

Tovuzda şəhidlərin əziz xatirəsi ehtiramla anılıb VİDEO

Tovuz, 27 sentyabr, R.Novruzoğlu, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
AZƏRTAC xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.
Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri şəhidlərimizin məzarına gül dəstələri düzüblər. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, iki il öncə, sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. İndi bayrağımız azad olunan şəhər və rayonlarda dalğalanır. Azad edilən torpaqlarımızda aparılan sürətli abadlıq-quruculuq işləri bu gün geniş vüsət alıb.

Regionlar 2022-09-27 14:00:00

Video