×
A
A
A
Sazlamalar

ADU-da keçirilən “Sehrli Azərbaycan. Qərb və Şərq arasında körpü” mövzusunda yay məktəbi yekunlaşıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə tərəfdaşlığı ilə “Go East” layihəsi çərçivəsində “Sehrli Azərbaycan. Qərb və Şərq arasında körpü” mövzusunda keçirilən yay məktəbi yekunlaşıb.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Yay məktəbində ADU- nun 10 tələbəsi ilə yanaşı, Almaniyanın müxtəlif universitetlərində fərqli ixtisaslarda təhsil alan 11 tələbə iştirak edib. İntensiv, maraqlı və rəngarəng keçən yay məktəbində qısa müddətdə əcnəbi tələbələr üçün Azərbaycan dili kursu təşkil olunub, alman tələbələrin azərbaycanlı iştirakçılarla birgə Azərbaycanla bağlı məruzələri dinlənilib və çox maraqlı müzakirələr aparılıb.
Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, xalçaçılıq sənəti, ədəbiyyatı, musiqisi ilə bağlı yerli ekspertlərin çıxışları dinlənilib. Bakı və şəhərətrafı muzeylərə ekskursiyalar, Şamaxı şəhərinə gəzinti təşkil olunub.

Elm və təhsil 2022-09-27 12:32:00