×
A
A
A
Sazlamalar

Azərbaycanın U-21 komandası bu gün moldovalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq oyunu çərçivəsində moldovalı həmyaşıdları ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da təşkil olunacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Oyunu baş hakim Cavid Cəlilov idarə edəcək. Ona Rahil Ramazanov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.
Azərbaycan – Moldova matçı saat 19:00-da start götürəcək.

 

 

İdman 2022-09-27 11:10:00