×
A
A
A
Sazlamalar

Direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi barədə məlumat şəxsi səhifələrə göndərilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, esse mərhələsi Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə baş tutacaq. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elm və təhsil 2022-09-27 10:52:00