×
A
A
A
Sazlamalar

Sinqapur-Helsinki aviareysinə məxsus təyyarə sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Bakıda enib

Bakı, 27 sentyabr, AZƏRTAC

“Finnair” aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Airbus A350” təyyarəsi yerli vaxtla saat 02:31-də Bakı hava limanına eniş edib.
Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.

Nəqliyyat 2022-09-27 10:59:00