Xalqımız Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anır - FOTOLAR VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də – Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
AZƏRTAC xəbər verir ki, Anım Günündə ən çox ziyarət olunan məkan Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər xiyabanlarıdır. Gün ərzində dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, o cümlədən gənclər, uşaqlar şəhidlərimizin xatirəsinə sonsuz ehtiramlarını ifadə etmək üçün Şəhidlər xiyabanlarına üz tuturlar. Anım Günündə şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur, ruhlarına dualar oxunur.
Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində 2900 nəfərdən çox şəhid verib.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Rəhman Hacıyev: Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik mütləqdir
Mərhum deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir CANLI
Məhkəmə-Hüquq Şurasının növbəti iclasında cari məsələlərə baxılıb
Paytaxtın bir sıra yollarında tıxac yaranıb
MDU-nun koordinatoru olduğu Erasmus+ layihəsinin növbəti təlimlərinə start verilib