×
A
A
A
Sazlamalar

Çin ilə KXDR arasında dəmir yolu əlaqəsi bərpa olunub

Pekin, 27 sentyabr, AZƏRTAC

Çin ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında dəmir yolu ilə yük daşınması beşaylıq fasilədən sonra bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Mediada yayılan xəbərlərə görə, sentyabrın 26-da Dandon (Çin) – Sinuycu (KXDR) sərhəd keçid xətti üzrə 10 vaqondan ibarət qatar Şimali Koreyaya keçib. Bu, aprelin 29-da Dadon şəhərində COVID-19 virusu ilə əlaqədar qapanma rejiminin tətbiqi nəticəsində iki ölkə arasında dəmir yolu əlaqəsinin dayanmasından sonra sərhədi keçən ilk qatar olub. May ayında isə Şimali Koreyada virusa yoluxmaların olmasına dair məlumat yayılmışdı.
Çin tərəfi iki ölkə arasında yükdaşımaların sabit və təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün rəsmi Pxenyanla əlaqələndirmənin davam etdiriləcəyini açıqlayıb.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-09-27 10:29:00