Tovuzun polis əməkdaşları Vətən müharibəsi zamanı şəhid olan Daxili Qoşunların hərbi qulluqçusunun ailəsini ziyarət ediblər
Tovuz, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Vüqar Əkbərovun ailə üzvlərini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüş zamanı şöbə əməkdaşları ailənin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışaraq, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.
Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə asayiş keşikçilərinə minnətdarlıqlarını bildiriblər.
Sonra RPŞ-nin əməkdaşları Vüqar Əkbərovun məzarını ziyarət edərək, önünə əklil qoyublar.
ADAU-nun komandası intellektual yarışda zona birincisi olub
Mingəçevir Dövlət Universitetində beynəlxalq konfrans işə başlayıb
Şamaxı və Oğuz sakinləri odlu silahları polisə təhvil veriblər
Naxçıvanda tarixi abidələrin bərpasına peşəkar şirkətlər cəlb olunacaq