Məktəblərdə Anım Günü ilə bağlı tədbirlər keçirilir
Bakı, 27 sentyabr, AZƏRTAC
Məktəblərdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil edilir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bütün təhsil müəssisələrində bu günə həsr olunan dərslər keçirilir.
Həmçinin təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, dəyirmi masa, vebinar, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunlar keçirilir.
Eləcə də məktəblilər arasında idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur.
Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan
AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər
ADPU-da türk professorun məruzəsi dinlənilib
MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib
Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib