×
A
A
A
Sazlamalar

Şəhid Anar Məmmədovun ailəsi ziyarət olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan mayor Məmmədov Anar Elşad oğlunun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Anar Məmmədov Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
O, Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.

 

Cəmiyyət 2022-09-27 01:27:00