×
A
A
A
Sazlamalar

Hikmət Hacıyev və ABŞ-ın müdafiə katibinin siyasi məsələlər üzrə müavini regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahl ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.
H.Hacıyev və Kolin Kahl arasında baş tutan görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Siyasət 2022-09-26 22:43:00