×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İjevsk şəhərində 88 saylı məktəbdə atəş nəticəsində uşaqların və böyüklərin ölümü ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbərinin onu dərindən sarsıtdığını bildirib.
Prezident İlham Əliyev Azərbaycan xalqı adından və öz adından Rusiya Prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edib.

Siyasət 2022-09-26 22:44:00