×
A
A
A
Sazlamalar

“Suraxanı” gəmi-muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub VİDEO

Bakı, 26 sentyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 44 günlük Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, 27 Sentyabr- Anım Gününə həsr olunan tədbirdə ASCO-nun müxtəlif strukturlarında çalışan Vətən müharibəsi iştirakçıları, dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələri, “Səbail” FK-nın futbolçuları və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançıları bir araya gələrək şam yandırıblar.
Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda canını qurban verən şəhidlərimizlə hər bir Azərbaycan vətəndaşı kimi dənizçilərin də qürur duyduğunu, müstəqil dövlətimiz və xalqımız var olduqca onların qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırmaqdan ibarətdir.

Cəmiyyət 2022-09-26 22:07:00

Video