×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunmaları təşkil edir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması rayon icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır. Rayon icra hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, 27 Sentyabr – Anım Günü münasibətilə rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub, onlara maddi yardım və ərzaq bağlamaları çatdırılıb.
Ziyarət zamanı arzu və istəklərini bildirən Vətən müharibəsi şəhidləri ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Cəmiyyət 2022-09-26 19:34:00