×
A
A
A
Sazlamalar

Gənclər təşkilatlarının rəhbərləri Gəncə, Bərdə və Mingəçevir şəhərlərində 700-dən çox gənclə görüşüblər

Bakı, 26 sentyabr, AZƏRTAC
Gənclər təşkilatlarının rəhbərləri Gəncə, Bərdə və Mingəçevir şəhərlərində 700-dən çox gənclə görüşüblər. Qeyd edilən şəhərlərdə yerləşən universitet və kolleclərdə keçirilən görüşlər şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra işə başlayıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, “44 günlük Vətən müharibəsi: Postmüharibə dövründə gənclər və gənclər təşkilatlarının əsas vəzifə və öhdəlikləri” mövzusunda keçirilən görüşlərin əsas məqsədi 27 Sentyabr - Anım Günü ilə bağlı gənclərin məlumatlılığının artırılması və 44 günlük şanlı Zəfərimizin gənclər arasında təbliğindən ibarət olub.
Qeyd edək ki, silsilə tədbirlər Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ARGTMŞ-nin təşkilatçılığı ilə keçirilib.

Cəmiyyət 2022-09-26 19:30:00