×
A
A
A
Sazlamalar

Türkiyə adalarda qanunsuz silahlanma ilə bağlı ABŞ və Yunanıstana etiraz notası verib

Ankara, 26 sentyabr, AZƏRTAC
Türkiyə tərəfi Yunanıstanın Egey dənizindəki adalarda qanunsuz silahlanması ilə bağlı Yunanıstan və ABŞ-a etiraz notaları verib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla əlaqədar Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ondan bu qanunsuz fəaliyyətin dayandırılması, adaların hərbiləşdirilməməsi ilə bağlı öhdəliyə əməl etmək tələb olunub.
ABŞ-a verilən notada Egey dənizinin şərqində adaların statusuna riayət edilməsi, silahların statusunu pozmaq üçün istifadə edilməməsi üçün tədbirlər görmək istənilib.
Qeyd edək ki, Yunanıstanın Egey dənizindəki Midilli və Sakız adalarına ABŞ istehsalı olan hərbi texnika yerləşdirməsini təsdiq edən videomateriallar yayılıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-09-26 19:15:00