İsmayıllıda “44 günün bir anı” adlı bədii kompozisiya nümayiş olunub
İsmayıllı, 26 sentyabr, AZƏRTAC
İsmayıllıda rayon icra hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 27 sentyabr – Anım Günü ilə əlaqədar təqdim olunan “44 günün bir anı” adlı bədii kompozisiya maraqla qarşılanıb. Tamaşanın təqdimatında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, regional mədəniyyət idarəsinin işçiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin bədii hissəsində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin Xalq teatrının ifasında 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gün ərzində azad edilməsindən bəhs edən “44 günün bir anı” adlı bədii kompozisiya təqdim olunub.
Xızı polisi 7 ədəd sənədsiz silahı təhvil götürüb
Göygöldə minik avtomobili aşıb, xəsarət alanlar var
Şəkidəki obyektlərdən birinə ov tüfəngi ilə atəş açılıb
Ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində qəza: ölənlər var
Şirvanda regional konfrans: “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər”