×
A
A
A
Sazlamalar

İjevsk məktəbində ölənlərin sayı 15 nəfərə çatıb

Moskva, 26 sentyabr, AZƏRTAC
Rusiyanın İjevsk şəhərindəki məktəbdə qətliam nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da səhər Udmurtiya Respublikasının İjevsk şəhərindəki 88 saylı məktəbdə 34 yaşlı yerli sakin Artyom Kazantsevin törətdiyi qətliam nəticəsində 15 nəfər, o cümlədən 11 uşaq həlak olub. Hadisə zamanı daha 24 nəfər xəsarət alıb. Onların 22 nəfəri uşaqdır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2022-09-26 18:42:00