×
A
A
A
Sazlamalar

Riyaziyyatçı alim İrkutsk Dövlət Universitetində keçirilən beynəlxalq konfransda plenar məruzə ilə çıxış edib

Bakı, 26 sentyabr, AZƏRTAC

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetində keçirilən “4-cü Beynəlxalq dinamik sistemlər və kompüter elmləri konfransı: nəzəriyyə və tətbiqlər” (DYSC 2022) adlı beynəlxalq tədbirdə iştirak edib.
Alim konfransda “Yeni təkli idarəetmələr sinfi üçün zəruri optimallıq şərtləri” mövzusunda plenar məruzə söyləyib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzədə yeni məxsusi idarə anlayışı verilib, araşdırılan funksionalın buna uyğun artımı hesablanıb və məxsusi idarəedicinin optimallığı üçün bərabərlik və bərabərsizlik formasında yeni, daha effektiv ikinci tərtib zəruri şərtlər alınıb.

Elm və təhsil 2022-09-26 18:37:00