×
A
A
A
Sazlamalar

Vergi orqanı ilə vergiödəyicisi arasında sənədlər hansı halda hüquqi qüvvəyə minir?

Bakı, 26 sentyabr, AZƏRTAC

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergi orqanının vergiödəyicisinə və ya vergiödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməyibsə və bir tərəf onu digər tərəfə verməyibsə, belə tələblərin heç biri vergi orqanı və ya vergiödəyicisi üçün hüquqi qüvvəyə malik deyil.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanının vergiödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Həmçinin elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.
Sənədlər və ya surətləri vergi orqanı tərəfindən vergiödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə, elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra və digər hallarda çatdırılmış sayılır.

Maliyyə 2022-09-26 18:31:00