Mədəniyyət naziri Mexikoda keçiriləcək konfransda iştirak edəcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-dən 30-dək Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində keçiriləcək UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "Mondiacult 2022" UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəfləyir. Sözügedən konfransda 160-a yaxın ölkənin mədəniyyət nazirləri daxil olmaqla, 1500-dən çox qonağın iştirakı gözlənilir.
Səfər çərçivəsində nazir A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib
“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır
Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir
Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib
Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib