×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetində şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) şəhid tələbə və məzunların ailə üzvləri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı respublikamızın ərazi bütövlüyü uğrunda aparılan müharibələrdə şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirəsi anılıb, onlarla bağlı xatirələrdən danışılıb.
AzTU-nun tələbələri arasında vətənpərvərlik hisslərinin hər zaman yüksək olduğunu deyən rektor Vilayət Vəliyev bildirib ki, universitetin tələbə və məzunları ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. AzTU-da şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, onların gənc nəslə daha yaxından tanıdılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Şəhid tələbə və məzunların ailə üzvləri görüşə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Elm və təhsil 2022-09-26 18:24:00