×
A
A
A
Sazlamalar

İndiyədək Bakıda və Abşeron yarımadasında sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Bu il sentyabr ayının üçüncü ongünlüyündə Bakıda və Abşeron yarımadasında ən yüksək temperatur sentyabrın 23-də qeydə alınıb. Həmin gün 37 dərəcəyədək isti müşahidə olunub ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a bildirib ki, çoxillik meteoroloji məlumatlara əsasən indiyədək Bakıda və Abşeron yarımadasında sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb.
G.Məmmədovanın sözlərinə görə, bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi - 29,6 dərəcə - yenilənib.

 

Ekologiya 2022-09-26 18:14:00