×
A
A
A
Sazlamalar

Sabirabadda polis əməkdaşları Vətən müharibəsi şəhidi İsmayıl Məmmədovun ailəsini ziyarət ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC

Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət ediblər.
DİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə şöbə əməkdaşları ailənin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışaraq, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.
Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Rayon Polis Şöbəsinin əməkdaşları şəhidin ailə üzvləri birgə şəhidin məzarını ziyarət edərək önünə əklil qoyublar.

Cəmiyyət 2022-09-26 18:09:00