×
A
A
A
Sazlamalar

Zaqatala gənclərinə “Hüququm və qaydalarım” adlı layihə təqdim olunub

Zaqatala, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi rayon gənclərinə “Hüququm və qaydalarım” adlı layihə təqdim edib. Layihə çərçivəsində gənclər üçün “Uşaqların zorakılığa məruz qalmama hüququ” adlı təlim təşkil olunub.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimçilər hüquqşünas Ayşən Muradova və Qədir Qədirli tərəfindən keçirilən təlim zamanı gənclərə mövzu ilə bağlı ətraflı məlumat verilib, təlimin interaktiv keçməsi məqsədilə müxtəlif qrup işləri yerinə yetirilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Regionlar 2022-09-26 18:04:00