×
A
A
A
Sazlamalar

Sərbəst güləş üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib

Bakı, 26 sentyabr, AZƏRTAC

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunmuş 2008-2009-cu təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq paytaxt turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə 150-dən artıq idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Yekun nəticələrə görə, Müstəcəb Məmmədov (38 kq), Aslan Əmirov (41 kq), Rahib Quliyev (44 kq), Polad Əbilov (48 kq), Nurlan Məmmədov (52 kq), Röyal Mehtiyev (57 kq), Əli Hacıyev (62 kq), Sabir Manaflı (68 kq) və Cəlal Hüseynov (75 kq) birinci yeri tutublar.
Qalib idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim olunub.

İdman 2022-09-26 17:55:00