×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında dövlət əmlakının icarəyə verilməsi sahəsində 2847 yeni müqavilə bağlanılıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, bu ilin səkkiz ayı ərzində ümumilikdə 2847 yeni icarə müqaviləsi bağlanılıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bundan 586-sı qeyri-yaşayış sahələri üzrə, 2261-i isə torpaq sahələrinə dair olub. Bağlanmış icarə müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Daşınmaz dövlət əmlakının icarəsindən bu ilin səkkiz ayı ərzində dövlət büdcəsinə ümumilikdə 16,8 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

 

İqtisadiyyat 2022-09-26 17:50:00