Peşə hazırlığının keyfiyyətinin artırılması məsələsi müzakirə edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa dəstək” layihəsinin ekspertləri ilə görüş keçirilib.
Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə agentlik tərəfindən peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması, mövcud peşə istiqamətləri ilə bağlı yeni təlim-tədris materiallarının hazırlanması, mövcud tədris materiallarının yenilənməsi istiqamətində müzakirələr aparılıb.
Müzakirələr zamanı əmək bazarında zəruri hesab olunan peşə və ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, tədris proqramlarının müasir standartların tələblərinə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi istiqamətində təkliflər verilib.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb