×
A
A
A
Sazlamalar

Fudokançılar Anım Gününə həsr edilmiş Bakı turnirində mübarizə aparıblar

Bakı, 26 sentyabr, AZƏRTAC

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Anım Gününə həsr edilmiş fudokan üzrə açıq paytaxt turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, dövlət rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və federasiya rəsmilərinin iştirak etdikləri turnirin açılış mərasimində çıxış edən Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından söz açıb.
Sonra turnirə start verilib. Yarışda müxtəlif yaş qruplarında və çəki kateqoriyalarında 3 versiya üzrə 400-ə yaxın idmançı mübarizə aparıb.
Olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə mükafatalayiq yerləri tutmuş idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.

İdman 2022-09-26 17:36:00