×
A
A
A
Sazlamalar

Kitabxanada Anım Gününə həsr olunan sərgi açılıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialının əməkdaşları tərəfindən 27 Sentyabr - Anım Gününə həsr olunan sərgi açılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı uşaqlara Vətən müharibəsi haqqında məlumat verilib: “Sentyabrın 27-nin Anım Günü kimi qeyd olunması şəhidlərin xatirəsinə, onların doğmalarına ali ehtiramın göstəricisidir. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Hər il sentyabrın 27-nin respublikamızda Anım Günü kimi qeyd edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, eləcə də ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiramın göstəricisidir”.
Tədbirin sonunda uşaqlara sərgidə nümayiş etdirilən kitablar haqqında da məlumat verilib.

Mədəniyyət 2022-09-26 17:19:00