×
A
A
A
Sazlamalar

Rusiya Prezidenti MDB xüsusi xidmət orqanlarının başçıları ilə görüşəcək

Moskva, 26 sentyabr, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri xüsusi xidmət və kəşfiyyat orqanlarının başçıları ilə görüş keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Kremlin mətbuat katibi Dmitri Peskov xəbəri təsdiqləyərək görüşün videokonfrans formatında sentyabrın 29-da baş tutacağını deyib.
Sentyabrın 30-da isə MDB təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin Moskvada müşavirəsi təşkil olunacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2022-09-26 17:18:00