×
A
A
A
Sazlamalar

Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlığından bəhs edilib.
Qeyd edək ki, bədii hissədə şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib və tarda hərbi marş ifa olunub. Həmçinin “Dərya” rəqs ansamblının rəhbəri Cəmilə Məmmədova “Ay Laçın” rəqsini ifa edib, eləcə də “Xudayar” təsnifi dinlənilib.

 

Mədəniyyət 2022-09-26 17:14:00