×
A
A
A
Sazlamalar

Futbol hakimləri üçün seminar təşkil olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

AFFA tərəfindən elit, birinci dərəcəli və inkişaf qrupunun futbol hakimləri üçün seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan seminar sentyabrın 27-dək davam edəcək.
Türkiyəli mütəxəssislər Tarık Ongun, Bahattin Duran və Burcin Keskin tərəfindən keçirilən seminara AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek rəhbərlik edir.

 

 

İdman 2022-09-26 17:10:00