×
A
A
A
Sazlamalar

İkinci Qarabağ müharibəsi qazisi Kənan Cabbarlı ilə görüş təşkil olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Gülnarə Cəlilova Qəbələ rayon sakini, İkinci Qarabağ müharibəsi qazisi Kənan Cabbarlı ilə görüş keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın mərd oğlu İkinci Qarabağ müharibəsi qazisi keşməkeşli həyat yolundan və Vətənə olan sevgisindən danışıb. Qarabağ qazisi çıxışında gələcək nəsillərə daima mərd və hər zaman Vətən uğrunda döyüşə hazır olmalarını tövsiyə edib.
Bildirilib ki, Qəbələnin Laza kəndində anadan olan K.Cabbarlı 2020-ci il sentyabrın 27-də Fizuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüşlərdə ağır yaralanır Kənan Saatlı şəhərindəki xəstəxanaya aparılıb və sonra vəziyyəti ilə əlaqədar 5 saylı Şəhər Klinik Xəstəxanaya gətirilib. Müalicədən sonra o, yenidən könüllü olaraq döyüşə yollanıb. K.Cabbarlı ikinci dəfə Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb. Kənanın bu qəhrəmanlıqları ölkə başçısı tərəfindən yüksək qiymətləndirilib. O, “Fizulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın” azad olunmasına görə, “Cəsur döyüşçü” , “Vətən müharibəsi” iştirakçısı medalları ilə təltif olunub.

 

Mədəniyyət 2022-09-26 17:09:00