×
A
A
A
Sazlamalar

Ağdaş taxılçıları payızlıq əkinə başlayıblar

Ağdaş, 26 sentyabr, AZƏRTAC

Ağdaş rayonunda payızlıq taxıl səpini kampaniyasına başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ağdaş taxılçıları bu mühüm kampaniyaya mütəşəkkil hazırlıqla başlayıblar. Zəmilərə hər gün 100-dən çox səpin aqreqatı çıxarılır. İlk gündən 100 hektara yaxın sahədə əkin aparılıb.
Rayon DAİM-nin mütəxəssisləri qrafik üzrə hər gün əkin sahələrində olur, səpinin aqrotexniki tələblər səviyyəsində aparılmasına nəzarət edir, taxılçılara lazımi məsləhətlər verirlər.
Qeyd edək ki, cari mövsümdə Ağdaşda 16000 hektar sahədə payızlıq taxıl səpini aparılacağı nəzərdə tutulub. Bunun 3500 hektarı buğda, 12500 hektarı isə arpadır.

Regionlar 2022-09-26 17:03:00