×
A
A
A
Sazlamalar

Media Reyestri media subyektləri, redaksiyalar və jurnalistlərə dair məlumatları özündə əks etdirən informasiya ehtiyatıdır

Bakı, 26 sentyabr, AZƏRTAC

Media Reyestri Medianın İnkişafı Agentliyi tərəfindən idarə olunan, media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları əks etdirən elektron sənədlər və ya sənədlər toplusundan ibarət informasiya ehtiyatıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Media Reyestrinin aparılması Qaydaları”nda bildirilib.
Qaydalara əsasən, istifadəçi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə etmək və ya informasiyadan istifadə hüququ verilmiş dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, media subyektləri, habelə digər hüquqi və fiziki şəxslərdir. İştirakçı isə Reyestrin informasiya proseslərində iştirak edən dövlət orqanları, qurumlarıdır.
Media Reyestri haqqında qaydalarda normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən Agentlik sahib hesab olunur.
Media Reyestri şəhadətnaməsi media subyektlərinə, o cümlədən onların redaksiyalarına dair məlumatların Reyestrə daxil edilməsini təsdiq edən sənəddir, jurnalist vəsiqəsi isə onun aid məlumatların Reyestrə daxil edilməsini təsdiq edən sənəddir.
Elektron kabinet istifadəçinin Vahid Giriş Sistemi (“ASAN Login”) ilə eyniləşdirilməklə, Reyestrə daxil olmasına və ondan istifadəsinə (özü barəsindəki məlumatlarla tanış olmasına, onları əldə etməsinə, həmin məlumatlarda olan hər hansı dəyişikliklə bağlı məlumat almasına, müraciətləri elektron formada göndərməsinə və xidmətlərdən istifadə etməsinə, ödənişlər həyata keçirməsinə və s.) imkan verən, həmçinin operatorla qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifədir.

Cəmiyyət 2022-09-26 16:59:00