×
A
A
A
Sazlamalar

Sentyabrın 26-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 886 min 579, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 579, ikinci mərhələ üzrə 4 milyon 866 min 941, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 377 min 614, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 445-dir.

Səhiyyə 2022-09-26 16:47:00