×
A
A
A
Sazlamalar

“Yüksəliş” müsabiqəsinin qalibi Təhsilin İnkişafı Fonduna şöbə müdiri təyin edildi

Bakı, 26 sentyabr, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin qalibinə yeni vəzifə verildi.
AZƏRTAC xəbər verir ki, İkinci “Yüksəliş” müsabiqənin qalibi Nərgiz İsmayılova Təhsilin İnkişafı Fondunda Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Nərgiz İsmayılova 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq ticarət ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə ADA Universiteti ilə Maastrixt Biznes Məktəbinin (Niderland) müştərək EMBA (Biznes inzibatçılığı) ixtisası üzrə magistr təhsili alıb.
İnstitusional quruculuq, təşkilati transformasiya, layihə idarəetmə sistemlərinin qurulması sahəsində müxtəlif həcmli proqram və layihələrin idarə olunması üzrə 10 ildən artıq təcrübəyə malikdir.
Layihələrin İdarə Olunması İnstitutunun (Project Management Institute – PMI) Azərbaycan nümayəndəliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.

Elm və təhsil 2022-09-26 16:32:00