×
A
A
A
Sazlamalar

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə tank əleyhinə 144 mina aşkarlanaraq zərərsizləşdirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 19-dən 24-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 457 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Cəmiyyət 2022-09-26 16:21:00