×
A
A
A
Sazlamalar

Kürdəmirdə şəhidin xatirəsinə inşa olunan abidə kompleksi açılıb VİDEO

Kürdəmir, 26 sentyabr, AZƏRTAC

Kürdəmirdə Birinci Qarabağ müharibəsi şəhidi Vahid Mürşüd oğlu Əhmədovun adını daşıyan abidə kompleksinin açılışı olub. Açılış mərasimində rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, məktəblilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abidə kompleksi şəhidin vaxtilə təhsil aldığı Topalhəsənli kənd orta məktəbin həyətində inşa olunub. Açılış mərasimində Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid Vahid Əhmədovun şərəfli həyat yolundan danışıb, onun vətənpərvər, elinə, obasına bağlı bir insan olduğunu vurğulayıblar.
Şəhidin qardaşı dövlətin onların ailəsinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə məktəblilər şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Qeyd edək ki, şəhid Vahid Mürşüd oğlu Əhmədov 1967-ci il iyulun 1-də Kürdəmirin Şahsevən kəndində dünyaya göz açıb. İlqar orta təhsilini rayonun Topalhəsənli kəndində alıb. Hərbi xidmətini Ukraynanın Belqrad şəhərində keçib. Hərbi xidməti bitirdikdən sonra Kürdəmir taxıl məhsulları kombinatında işləməyə başlayıb. O da bütün igid Azərbaycan oğulları kimi, erməni qəsbkarlarına qarşı döyüşmək üçün cəbhəyə yola düşüb. Cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Goranboy və Füzuli rayonları istiqamətində vuruşaraq düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Onun son döyüşü Füzulinin Yuxarı Veysəlli kəndi istiqamətindəki döyüşdə olub.
Hazırda bir vaxtlar Vahidin təhsil aldığı Topalhəsənli kənd orta məktəbi onun adını daşıyır.

 

Regionlar 2022-09-26 16:08:00

Video