×
A
A
A
Sazlamalar

DİM-də təlim: Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edib. Təlimdə Baş Prokurorluğun 15 əməkdaşı iştirak edib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, təlimdə korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə məlumat verilib. Sonda təlim iştirakçılarının mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Xatırladaq ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Elm və təhsil 2022-09-26 16:03:00