Nabranda sahil zolağı plastik tullantılardan təmizlənib
Xaçmaz, 26 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Ümumdünya Dəniz Günü ilə əlaqədar Xaçmazda Nabran ərazisinin dəniz sahil zolağı boyunca təmizlik aksiyası təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli icra qurumlarının əməkdaşlarının, Nabran kənd tam orta məktəbi şagirdlərinin iştirakı ilə keçirilən aksiya zamanı üç hektardan artıq sahil zolağı plastik və digər tullantılardan təmizlənib.
Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizinin sahilyanı ərazilərinin məişət tullantılarından təmizlənməsi, eyni zamanda, dənizin və sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.
Naxçıvanda “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib
Penitensiar Xidmətdə qazilərlə görüş olub
Neftçalada 10 yaşlı qızın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub
Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər - YENİLƏNİB-2