Qax kitabxanasında “Şanlı tarixi yazanlar və yaşadanlar” adlı kitab sərgisi açılıb
Qax, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) C.Cabbarlı adına Mərkəzi kitabxanasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Şanlı tarixi yazanlar və yaşadanlar” adlı kitab və uşaqların rəsmlərindən ibarət sərgi təşkil olunub.
Qax MKS-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kitabxananın foyesində sərgilənən “Tarixin qan yaddaşı”, “Azərbaycanın Milli qəhrəmanları”, “Qarabağ”, “Qarabağ Mixaylosu” və digər kitablar oxucular tərəfindən maraqla qarşılanıb.
Sərginin təşkilində məqsəd Birinci Qarabağ və Vətən müharibəsinin od-alovundan keçən qəhrəmanlarımızı oxuculara daha yaxından tanıtmaq və gənc nəslin vətənpərvərlik hislərinin yüksəldilməsindən ibarətdir.
Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər
Qax şəhərinin küçələrinə asfalt döşənir
Füzulidə “Nar şirəsi” tamaşası nümayiş olunub