×
A
A
A
Sazlamalar

Ağsuda taekvondo üzrə açıq birincilik keçirilib

Ağsu, 26 sentyabr, AZƏRTAC
Ağsuda rayon icra hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunan taekvondo üzrə kiçik yaşlı yeniyetmələr, yeniyetmə uşaqlar və gənclər arasında Ağsu rayon açıq birinciliyi keçirilib. 3 saylı şəhər tam orta məktəbdə reallaşan yarışda 6 şəhər və rayondan 11 komanda iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan əvvəl Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda 3 yaş qrupu üzrə 35 çəkidə 200 nəfərə yaxın idmançı iştirak edib. Açılış mərasimindəki çıxışlarda 27 Sentyabr – Anım Gününün Azərbaycan tarixinin unudulmaz səhifəsi olduğu söylənilib, yarış iştirakçılarına uğurlar arzulanıb.
Gərgin mübarizə şəraitində keçən yarışda 16 çəki dərəcəsində qalib gələn idmançılar fəxri fərman və medallarla təltif olunublar.

 

Regionlar 2022-09-26 15:35:00